EN

Pakistanda avtobusun partladılması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Nauşki rayonunda təhlükəsizlik qüvvələrini aparan avtobusun partladılması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Polisin yaydığı ilkin məlumata görə, partlayış kamikadze tərəfindən törədilib və terror aktı hesab edilir.

Xatırladırıq ki, martın 11-də səhər saatlarında Kvettadan Peşəvərə gedən, 450 nəfəri aparan qatara silahlı hücum nəticəsində 31 nəfər ölüb, 354 girov xilas edilib.
Hücuma görə məsuliyyəti Bəlucistan Azadlıq Ordusu öz üzərinə götürüb.

Son vaxtlar Pakistanda, xüsusilə Əfqanıstanla həmsərhəd Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində silahlı hücumlar artıb.

Hər iki əyalətdə puştunların və bəluclarin hüquqlarını müdafiə etdiklərini iddia edən silahlı qruplar Pakistan təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə hücumlar təşkil edir.

İslamabad Pakistan Talibanının Əfqanıstanda yerləşdiyini və hücumların oradan
qaynaqlandığını iddia etsə də Əfqanıstan hökuməti bu iddiaları qəbul etmir.

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd

Chosen
7
xalqqazeti.az

1Sources