EN

"Barselona" Leao üçün hərəkətə keçib

Agent Jorge Mendes "Barselona"nın prezidenti Joan Laportanı "Milan"ın ulduz hücumçusu Rafael Leaonu almağa razı salıb.

90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, məşhur agent bir müddət əvvəl Kataloniya klubunun rəhbəri ilə görüş keçirib. Mendes, yay transfer pəncərəsində Lamine Yamal ilə əla hücum ikiliyi yarada biləcək Leaonu imzalamağa Laportanı inandırıb.

Qeyd edək ki, ekspertlər portuqaliyalıNIN transfer dəyərini 75 milyon avro qiymətləndirirlər. Xatırladaq ki, bu mövsüm Rafael Leao “rossoneri”nin heyətində İtaliya çempionatında 27 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Portuqaliyalı 2019-cu ildən "Milan"da çıxış edir.

Chosen
25
90deqiqe.az

1Sources