Erlinq Haaland "Mançester Siti"dən ayrıla bilər.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, norveçli hücumçu komandanı tərk etməyi düşünür. O, İngiltərə klubundan ayrılıb, "Real"a keçməyi planlaşdırır.

Bu barədə "El Nacional" portalı məlumat yayıb.

"Mançester Siti" hazırda Premyer Liqada 48 xalla 5-ci yeri tutur. Onları Çempionlar Liqasına vəsiqə verən 4-cü yerdən cəmi 1 xal ayırır.