İsrailin Suriyanın cənubundakı Dəra şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 2 nəfər ölüb, 19 nəfər yaralanıb.
Adalet.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Məlumata görə, ölənlər mülki şəxslərdir. Şəhərin ətrafı bombardmanlara məruz qalıb. Livanın "Al Mayadeen" televiziya kanalı iddia edir ki, hava zərbələri Dəranın qərb rayonlarında yerləşən "hərbi bazaları" hədəfə almış ola bilər.
Dəymiş ziyanla bağlı hələlik məlumat yoxdur.