"Regional İnkişaf" İctimai Birliyinin Novruz bayramı və baharın gəlişi münasibətilə paytaxt və regionlarda keçirilən iməcilik aksiyaları davam edir.
QHT.az xəbər verir ki, İctimai Birliyin Qazax-Tovuz regionu üzrə könüllüləri tərəfindən Qazax rayonunda abadlıq işləri aparılıb, ağaclar əhənglənib, quş yuvaları rənglənərək asılıb və təmizlik işləri aparılıb. Xatırladaq ki, aksiya çərçivəsində parkların və dənizkənarı ərazilərin təmizlənməsi, skamyaların boyanması, ağacların əhənglənməsi, güllərin əkilməsi, eləcə də quş və pişik yuvalarının qurulması kimi bir sıra abadlıq işləri görüləcək.
Aksiyanın məqsədi ətraf mühitin abadlaşdırılmasına və təmizliyinə töhfə verməklə yanaşı, şəhər və kəndlərə baharın təravətini və yenilənmə ruhunu bəxş etməkdir.