AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
18 mart harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.
18 mart Qlobal Təkrar Emal Günüdür:
Təkrar emalın əhəmiyyəti haqqında məlumatlılığı artırmaq, insanları tullantıları azaltmaq və resurslara qənaət etmək üçün tədbirlər görməyə təşviq etmək məqsədilə hər il martın 18-də qeyd olunur. Bu təkrar emalın ətraf mühit, iqtisadiyyat və bütövlükdə cəmiyyət üçün faydalarını təbliğ etmək üçün bir gündür.
18 mart “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yaradılması günüdür:
2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır. Bu gün Bakı Limanı Avrasiya regionun əsas nəqliyyat və logistika qovşağı rolunu oynayır. Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı Qərblə Şərqi birləşdirən ən mühim logistika mərkəzidir.
18 mart 2009-cu ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı referendum keçirilib:
Referendum nəticəsində Konstitusiyanın 29 maddəsinə təklif olunan əlavələr və dəyişikliklər qəbul edilib.
18 mart Çanaqqala Zəfəri Günüdür:
1914-cü il noyabr ayının 3-də başlayan savaş, 1915-ci il 18 mart tarixinə Mustafa Kamal Atatürk və onun komandanlıq etdiyi ordunun zəfəri ilə nəticələndi. Bu savaşda Təbriz, Ərdəbil, Dərbənd, Bakı və Azərbaycanın bir sıra şəhər və kəndlərindən 3 mindən çox insan iştirak edib.
18 mart 1949-cu ildə NATO qurulub:
Nato 1949-cu ildə Vaşinqton müqaviləsinin imzalanması ilə təşkil edilmiş hökumətlərarası müdafiə təşkilatıdır. Hazırda NATO-nun Şimali Amerikadan 2 və Avropadan 26 üzv dövləti vardır. NATO-nun qurulduğu ilk gündən əsas məqsədi kommunizmin qarşısını almaq olsa da, Şərq Bloku və Sovet İttifaqı dağıldıqdan sonra belə fəaliyyətini dayandırmadı.
18 mart 1965-ci ildə insanlar ilk dəfə kosmosa çıxıb:
Sovet kosmonavtı Aleksey Leonov yerdən 2 min 177 kilometr hündürlükdə "Vosxod-II" (Günəşin doğuşu) adlı kosmik gəmidən asılı olmayaraq bölgədə 20 dəqiqə qaldı.Təxminən 12 dəqiqə davam edən gəzinti zamanı o, kosmik gəmidən 15 metr uzaqlaşıb. Bu vaxt onun skafandrı kosmosda o qədər şişmişdi ki, Leonov nə rahat hərəkət edə, nə də sinəsindəki kameranın düyməsini basa bildi. Leonov da kosmik gəminin qapısına girməkdə çətinlik çəkib. O, artıq havanı buraxmaq üçün kostyumda bir klapan açdı və çətinliklə kosmik gəmiyə qayıtdı. O, daha sonra izah etdi, "dizlərinə qədər tər içində idi". O, kosmik gəmiyə qayıda bilməyəcəyi halda istifadə etmək üçün özü ilə intihar həbi götürmüşdü, lakin ondan istifadə etməli deyildi.