EN

Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilir

Bakı.Trend:

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası QHT-lərəDövlət Dəstəyi Agentliyinin xətti ilə "Türkman irsi: vətəndaşcəmiyyətlərinin həmrəyliyi" adlı forum keçirilir.

Trend xəbərverir ki, forumda İraq, Suriya və Türkiyədən 30-dan çox vətəndaşcəmiyyəti təmsilçisi iştirak edir.

Onlar içərisində İraq parlamentinin Türkmanlar qrupunun sədri,ictimai-siyasi xadim Ərşad Saleh, İraq Tarixçiləri Birliyinintəmsilçisi, “Türkmaneli” qəzetinin baş redaktoru Najat Şükür, İraqtürkmanlarının “Tert TV” kanalının rəhbəri Türkeş Saleh, SuriyaTürkman Dərnəkləri Federasiyasının prezidenti Tarık Sulo Cevizci,Suriya Türkman Platformasının yaradıcısı Əsəd Arber və digərşəxslər də var.

Forumda “Ortaq dəyərlər: tarix və mədəniyyətin izləri”,“Gələcəyə baxış: yeni imkanlar və təşəbbüslər” adlı panellərdətürkman əsilli vətəndaş cəmiyyəti təmsilçiləri yerli QHT-lərləbirgə müzakirələr aparacaq.

Forum öncəsi - 15-17 mart tarixlərində türkman qonaqlar İraqdayaşayıb-yaratmış dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinəadlandırılan Füzuli şəhərinə və işğaldan azad edilmiş digərərazilərə - Şuşa, Xankəndi, Xocalı, Suqovuşana səfər edəcək, bayramşənliklərinə qatılıb, Bakıda Zəfər Parkını, Hərbi QənimətlərParkını və digər görməli yerləri ziyarət ediblər.

Forumdan sonra türkman qonaqlarla birgə Bakıda Novruzun ilaxırçərşənbəsi qeyd olunacaq.

Xəbər yenilənəcək

Chosen
10
19
az.trend.az

10Sources