EN

İsrailin Qəzzaya zərbələri nəticəsində azı 300 nəfər həlak olub

Bakı. Trend:

İsrail ordusunun Qəzza zolağına endirdiyi aviazərbələrnəticəsində həlak olanların sayı 300 nəfəri ötüb.

Trend xəbər verirki, bu barədə “Al-Jazeera” telekanalı anklavın rəsmilərinəistinadən məlumat yayıb.

Artıq 310 nəfərin ölümü qeydə alınıb və qurbanlar arasında çoxlusayda qadın və uşaqların olduğu deyilir. İsrailin bölgəni qurudan,havadan və sudan bombaladığı xəbər verilir.

Xatırladaq ki, martın 18-ə keçən gecə İsrail ordusu Qəzzabölgəsində əməliyyatlar bərpa edib. Baş nazir Binyamin Netanyahununofisindən bildiriblər ki, buna səbəb yanvarda Dohada HƏMAS-laİsrail arasında bağlanmış atəşkəs haqqında sazişin müddətininuzadılmamasıdır.

Məqalədə:
Chosen
15
az.trend.az

1Sources