EN

Müasir futbolda ən çox sevdiyi dörd futbolçunun adını çəkdi – Məşhur məşqçi

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger müasir futbolda ən çox sevdiyi dörd futbolçunun adını çəkib.

Sportinfo.az xəbər verir ki, “Give me Sport” nəşrinə danışan fransalı mütəxəssis hazırda ən çox zövq aldığı oyunçuların adlarını açıqlayıb:

“Hazırda ən çox kimə baxmaqdan zövq alıram? Bunlar Vinisius Junior, Kilian Mbappe, Koul Palmer və Məhəmməd Salahdır”.

Arsen Venger daha çox 1996-2018-ci illərdə baş məşqçisi olduğu “Arsenal”dakı işi ilə tanınır.

Londonlular onun rəhbərliyi altında üç dəfə İngiltərə çempionu titulunu qazanıb və həmçinin, 2003/04 mövsümündə çempionatda heç bir matçda məğlub olmayıb. O, 2018-ci ildə “Arsenal”ın baş məşqçisi postunu tərk edib.

Chosen
4
sportinfo.az

1Sources