EN

Şəhid övladlarının bayram şənliyi

Dünən Naxçıvan Muxtar Respublikasında yaşayan şəhid övladları üçün Novruz bayramına həsr olunmuş “Yurdumuza bahar gəlir!” adlı şənlik keçirilib.

Toplantıda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası

Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik edib. O, Novruzun xalqımızın milli dəyərlərini və ənənələrini yaşadan, yeni başlanğıc, birlik və dirçəliş rəmzi olan mühüm bayramlardan biri olduğunu bildirib.

Səlahiyyətli nümayəndə Prezident İlham Əliyevin şəhid ailələrinə hər zaman göstərdiyi yüksək diqqət və qayğıdan danışıb, dövlətimizin Vətən uğrunda canını fəda edən qəhrəmanlarımızın ailələrinə arxa-dayaq olduğunu, onların ehtiyaclarına daim dəstək göstərdiyini qeyd edib.

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mayis Gülməmmədov göstərilən diqqət və qayğıya görə razılığını bildirib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının, APF şirkətlər qrupunun və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə şəhid övladlarına hədiyyələr təqdim olunub. Şənlik əyləncəli oyunlar və səhnəciklərlə davam edib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

 

Chosen
2
3
xalqqazeti.az

4Sources