EN

Bu gün ilk Qədr gecəsidir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Ucnoqta.az xəbər verir ki, Qazılar Şurasının fətvasında bildirilir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni martın 18-dən 19-na keçən gecəyə təsadüf edir.

Qədr gecəsi Allahın müqəddəs kitabı “Quran”ın nazil olduğu gecədir. Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub. Qədr gecəsin həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir. 

Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) də Qədr gecələri olacaq.

Chosen
37
ucnoqta.az

1Sources