"İnter"in baş məşqçisi Simone İnzaqi "neradzurri" ilə yeni müqavilə imzalaya bilər.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi mütəxəssisə 2027-ci ilin ortalarına qədər yeni müqavilə təklif etməyi planlaşdırır.
Simone 2021-ci ilin yayından “İnter”ə rəhbərlik edir.
Bu müddət ərzində "İnter" A Seriyası çempionu olmaqla yanaşı, ölkə kubokunu və Superkubokunu da qazanıb.
İtaliya çempionatının cari mövsümündə "İnter" 29 turdan sonra 64 xal toplayıb. İnzaqinin komandası ən yaxın izləyicisini 3 xal qabaqlayaraq birinci yerdə qərarlaşıb.
"Barselona"nın təxirə salınmış matçının tarixi bəlli oldu
"Bursaspor" baş məşqçisi ilə yollarını ayırdı
Sabiq “Fənər”lidən fantastik qol: 9 il sonra çempion oldu - VİDEO
İtaliya nəhəngindən "Barselona"ya
Levandovski Messinin uğurunu təkrarlayıb