Ağ Evin mətbuat katibi Kerolayn Livit Ağ Evdə keçirdiyi brifinqdə fransalı deputatın Azadlıq heykəlinin geri qaytarılması tələbinə münasibət bildirib.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, o, ABŞ-nin Fransa qarşısında xidmətlərini xatırladıb.
"QÉ™tiyyÉ™n yox. MÉ™n hÉ™min aÅŸağı sÉ™viyyÉ™li fransız siyasÉ™tçiyÉ™ xatırlatmaq istÉ™rdim ki, mÉ™hz ABÅž sayÉ™sindÉ™ fransızlar bu gün alman dilindÉ™ danışmır. Onlar minnÉ™tdar olmalıdırlar", – deyÉ™ Kerolayn Livit mÉ™tbuat konfransında bildirib.Â
Ağ Evin mətbuat katibi ABŞ-nin qətiyyən heykəli geri qaytarmaq niyyətində olmadığını bildirib.Qeyd edək ki, bu bəyanat Avropa Parlamentinin Fransadan olan deputatı Rafael Qlyuksmanın partiya qurultayında səsləndirdiyi fikirlərdən sonra meydana gəlib.
Belə ki, deputat Birləşmiş Ştatlara XIX əsrdə fransızlar tərəfindən hədiyyə edilən Azadlıq heykəlini Fransaya qaytarmağı tələb edib. O, iddiasını belə əsaslandırıb ki, ABŞ artıq abidənin verildiyi illərdəki ənənələrdən uzaqlaşıb və Nyu-Yorku iki yüz ilə yaxındır bəzəyən abidə geri qaytarılmalıdır.
Xatırladaq ki, Azadlıq heykəli fransız Frederik Ogüst Bartoldi tərəfindən hazırlanıb və 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilib.