ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından əvvəl yekun sülh sazişinin bir çox elementləri üzrə razılığın əldə olunduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Tramp Ukraynada sülhün əldə olunması məsələsini müzakirə edəcəyi Putinlə telefon danışığından əvvəl Truth Social hesabında açıqlamalar verib.
Yekun sülh razılaşmasının bir çox elementləri üzrə razılığın əldə edildiyini qeyd edən Tramp, tərəflər arasında hələ də həll edilməsi lazım olan məsələlərin olduğuna diqqət çəkib.
"Mən Putinlə görüşü səbirsizliklə gözləyirəm"-deyə, ABŞ lideri bildirib.
Aytən Yaşar/ Turkustan.az