EN

Komitə sədrindən nikahla bağlı YENİ TƏKLİF

Cəmiyyətimizdə mediasiya mədəniyyəti aşağıdır. Ona görə də mübahisələrin barışıq yolu ilə həll edilməsinə meyilli olmurlar.  
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, təsadüfi adamların mediator olma imkanları azaldılır.

"Reputasiyası başqa sahədə aşağı düşmüş insanların mediatorluğunun qarşısı alınmalıdır. Mediatorların sertifikat müddətinin 5 il olması yaxşı haldır.  İnsanlar bir-birinə üzük, qazan nə aparırsa, sənədləşdirmir. Sonra da uşağın taleyi qalır bir yana. Üzüyün qaşı belə olub, nə etmisinizi müzakirə edirlər. Mediasiya institunu dəstəkləmək istəyiriksə, nikah müqaviləsinin zəruri elementlərinin burada öz əksini tapmasını tələb etməliyik”,-o deyib

Chosen
15
modern.az

1Sources