EN

Bir aylıq fövqəladə vəziyyət ELAN EDİLDİ

Cənubi Amerika ölkəsi Peruda artan zorakılıq hakimiyyəti növbəti dəfə hərəkətə keçirib.

News24.az xəbər verir ki, prezident Dina Boluarte hökuməti mütəşəkkil cinayətkar qruplarla mübarizə çərçivəsində paytaxt Lima və qonşu Kallao əyalətində 30 günlük fövqəladə vəziyyət elan edib.

Qərardan sonra əsgərlər polisə dəstək olmaq üçün küçələrə çıxarılıb. Bildirilib ki, fövqəladə vəziyyət çərçivəsində bəzi hüquqların, o cümlədən toplaşma və hərəkət azadlığının məhdudlaşdırılacağı, polis və hərbçilərin qərar vermədən şübhəli şəxsləri həbs edə biləcəyi bildirilib.

Günel Məlikzadə


Chosen
13
news24.az

1Sources