EN

Rusiyadan Ermənistana qaz nəqli dayandırıldı


Gürcüstan ərazisində aparılan təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana təbii qazın nəqli dayandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb.
“Martın 18-i saat 09:00-dan 18:00-dək Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Gürcüstan ərazisindən Qazax-Saquramo hissəsində (DN 1000) təmir-bərpa işləri aparılacaq, bununla əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, - deyə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.
Qeyd edək ki, “Qazprom” Ermənistana yeganə təbii qaz tədarükçüsüdür. Qaz nəqli şəbəkəsinin operatoru Rusiya konserninin 100% törəmə şirkəti olan “Qazprom Ermənistan” QSC-dir.
Chosen
17
6
yeniavaz.com

8Sources