BAKI, TurkicWorld
Türk Aerokosmik Sənaye A.Ş. (TUSAŞ) tərəfindən hazırlanan ANKA 3 pilotsuz hava-yer missiya təyyarəsi Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə xüsusi uçuş həyata keçirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlu sosial media hesabında ANKA 3-lərin bu xüsusi uçuşunun görüntülərini paylaşıb.
O, paylaşımında “Qəhrəman əcdadlarımızın şanlı mübarizəsini yad etmək üçün iki ANKA 3 səmaya qalxdı. Bu uçuş onların iradəmizin güclü simvolu olduğunu bir daha sübut etdi. Tarixdə ‘Çanaqqala keçilməzdir’ deyərək bu qələbəni bir daha xatırladıq” ifadələrinə yer verib.
Çanaqqala zəfərindən 110 il ötür
ANKA 3 pilotsuz döyüş təyyarəsi Türkiyənin milli müdafiə sənayesində yeni bir mərhələ olaraq diqqət çəkir. Onun Çanaqqala Zəfərinə həsr olunan bu uçuşu həm tarixi şərəfləndirmək, həm də milli aviasiya gücünü nümayiş etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, Çanaqqala Zəfəri 1915-ci ildə Osmanlı Ordusunun İtilaf dövlətlərinə qarşı qazandığı tarixi qələbədir. Bu qələbə Türkiyə tarixində qəhrəmanlıq və mübarizə rəmzi olaraq qəbul edilir.
ANKA III’lerden Çanakkale Zaferi’nin 110. yıldönümüne özel uçuş!
— Dr. Mehmet Demiroğlu (@dr_mdemiroglu) March 18, 2025
Kahraman ecdadımızın destansı mücadelesini anmak ve onların aziz hatıraları için 2 ANKA III gökyüzüne havalandı.
Bu özel selam, onların emanetine sahip çıkma kararlılığımızın en güçlü göstergelerinden biri… pic.twitter.com/nAenfAjA08