EN

Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri və qalibləri arasında görüşlər davam edir. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Seymur Hüseynovla görüşüb.

DİM-dən AzEdu.az-a bildirilib ki, sədr fərdi inkişaf proqramı çərçivəsində Semur Hüseynovla əməkdaşlıq edəcəyini, onunla öz təcrübə və biliklərini bölüşəcəyini, eləcə də DİM-in müvafiq layihələrində iştirak etməyə şərait yaradacağını və gələcək idarəçi rəhbər kimi potensialının daha da inkişaf etdirilməsi üçün lazımi köməklik göstərəcəyini bildirib.

Semur Hüseynov müsabiqənin bu mərhələsində proqramlaşdırma və proseslərin avtomatlaşdırılması sahəsində təcrübə qazanmaq və DİM-lə bu sahədə qarşılıqlı əməkdaşlığın onun karyerasının inkişafı üçün faydalı olacağından əminliyini ifadə edib.

Qeyd edək ki, dördüncü “Yüksəliş" müsabiqəsinin qalibi Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə 1 il müddətində Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb. Hazırda müsabiqədə iştirak etmək üçün qeydiyyat davam edir.

Chosen
6
2
azedu.az

3Sources