EN

Rövşən Allahverdiyevə vəzifə verildi

“PAŞA Bank”ın rəhbərliyində dəyişiklik olub.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, Rövşən Şamil oğlu Allahverdiyev bankın Müşahidə Şurasının sədri təyin edilib.

O bu vəzifədə Mir Camal Paşayevi əvəzləyib. Mir Camal Paşayev yaradılmasının ilk günündən başlayaraq“PAŞA Bank” ASC-nin Müşahidə Şurasına sədrlik edib, 2020-ci ildə isə Bankın səhmdarları siyahısına daxil olub.

Qeyd edək ki, Rövşən Allahverdiyev “PAŞA Holdinq”in Baş İcraçı Direktorun Müavini və holdinqə daxil olan 6 maliyyə təşkilatı və şirkətin Müşahidə Şurasının sədridir.

Chosen
4
1
konkret.az

2Sources