Martın 18-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a məxsus hədəflərə böyük zərbələr endirdiyini bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff tərəfindən irəli sürülən təklifləri rədd etməsi ilə izah edib. Ofis İsrailin Qəzzəyə endirdiyi zərbələrin məqsədinin bütün girovları azad etmək olduğunu və bundan sonra İsrail əsgərlərinin HƏMAS-a qarşı “artan hərbi güclə” hərəkətə keçəcəyini bildirib.