“İsrailin keçmiş milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yenidən Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Nazirlər Kabinetinə qayıdır”.
APA-nın “The Times of Israel” portalına istinadən xəbərinə görə, bu barədə məlumatı “Likud” partiyası yayıb.
İtamar Ben-Qvir bu qərara ordu Qəzza sektorunda hərbi əməliyyatları bərpa etdikdən sonra gəlib.
Qeyd edək ki, onun rəhbərlik etdiyi “Güclü İsrail” partiyası Qəzza sektorunda atəşkəs əldə edildikdən sonra koalisiyanı tərk edib.