“Səbail”in yeni baş məşqçisi Elvin Məmmədovun köməkçilərinin adına aydınlıq gəlib.
“Football-plus.az”ın məlumatına görə, mütəxəssisə Elhad Nəziri və Vüqar Bəybalayev yardım edəcək. Onların qarşısına “dənizçilər”i premyer-liqada saxlamaq tələbi qoyulub. Məlumatı klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da təsdiqləyib.
Qeyd edək ki, Nəzirinin sonuncu iş yeri 1-ci liqa təmsilçisi “Cəbrayıl” olub. Bəybalayev isə 2023-cü ilin noyabrından “Səbail”də seleksiyaçı menecer vəzifəsində çalışırdı.
Xatırladaq ki, Bayıl təmsilçisi 18 xalla sonuncu – 10-cu sırada qərarlaşıb. Komanda 9-cu pillədə yer alan “Kəpəz”dən 5 xal geridədi.
KƏNAN BAHADIR