EN

İsrailin baş naziri Qəzzaya yeni hücumları müzakirə edib

İsrailin

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamir ilə Qəzzaya yenidən hücumları müzakirə edib.

Reyting.az
-ın məlumatına görə, baş nazirin ofisindən bildiriblər ki, paytaxt Təl-Əvivdə keçirilən görüşdə Netanyahu, Katz və Zamir ilə təhlükəsizlik qüvvələrinin yüksək səviyyəli rəsmiləri iştirak ediblər.

Görüşdən sonra Katz deyib ki, HƏMAS Qəzzada israilli məhbusları azad etməsə, zərbə daha da güclənəcək.

“Haaretz”ə danışan mənbələr deyiblər ki, İsrailin məqsədi HƏMAS-ın Qəzzadakı mülki bazasını hədəfə almaq və onun idarəetmə qabiliyyətini sdıradan çıxarmaqdır.

Bildirilir ki, İsrail yeni hücumlarla HƏMAS-ı idarəçilikdən kənara sıxışdırıb, yerli qəbilələri hakimiyyətə gətirmək istəyir.

Netanyahunun “Qəzzaya hücumların miqyası dəyişməli və HƏMAS-ın oradakı mülki kadrları hədəf alınmalıdır”,- fikrini müdafiə etdiyi vurğulanır.

ELÇİN
Chosen
27
43
reyting.az

10Sources