EN

Türk klublarından nəticə gözləməyin

Keçmiş futbolçu və idman şərhçisi Batuhan Karadəniz “Fənərbaxça”nın “Samsunspor”la matçda 2 xal itirməsinə münasibət bildirib. Sabiq hücumçu türk komandalarının illərdir yerində saydığını deyib.

Yenisabah.az xəbər verir ki, Batuhan Karadəniz “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” kimi adlı-sanlı Türkiyə komandalarının hələ uzun müddət Avropada heç bir uğur qazanmayacağını iddia edib. O, bunu klubların qeyri-stabil performansları ilə əlaqələndirib.

Qeyd edək ki, Türkiyə komandaları arasında ən böyük Avropa nailiyyəti “Qalatasaray”a məxsusdur. İstanbul nəhəngi 2001-ci ildə “Arsenal”ı Avroliqada, “Real Madrid”i isə superkubokda məğlub edərək çempion olmağı bacarıb.


Telegram kanalımız
Chosen
5
yenisabah.az

1Sources