EN

İfrat sağçı partiya İsraildə hökumətə qayıdır

İfrat

İsraildə Qəzzada atəşkəs və məhbus mübadiləsi razılaşması qüvvəyə mindikdən sonra hökumətdən istefa verən ifrat sağçı lider İtamar Ben-Qvir partiyası ilə birlikdə hökumətə qayıdır.

Reyting.az
xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahunun Likud Partiyası və İtamar Ben-Qvirin “Yəhudi Gücü” Partiyasının birgə bəyanatında razılığın əldə olunduğunu açıqlayıb.

Açıqlamada “Yəhudi Gücü” Partiyasının İsrail hökumətinə qaytarılması ilə bağlı danışıqlarda razılığın əldə edildiyi və partiyanın istefa vermiş nazirlərinin bu gündən öz vəzifələrinə davam edəcəkləri bildirilib.

Qeyd olunub ki, Ben-Qvirin istefasından sonra müvəqqəti olaraq Milli Təhlükəsizlik Nazirliyinə təyin olunan turizm naziri Haim Katz yenidən turizm naziri vəzifəsinə qayıdacaq.

ELÇİN
Chosen
5
reyting.az

1Sources