"Barselona”nın yarımmüdafiəçisi Mark Kasado zədələnib. Manset.az xəbər verir ki, 21 yaşlı futbolçu La Liqanın son turunda "Atletiko" ilə görüşdə dizindən xəsarət alıb. Onun təxminən 2 ay meydana çıxa bilməyəcəyi gözlənilir. Kasadonun mövsümün sonuna kimi sıraya dönəcəyi sual altındadır.. Qeyd edək ki, Mark Kasado bu mövsüm 36 oyunda 1 qol vurub və 6 qol ötürməsi edib.