Çin dünyanln diqqətini özünə yenidən cəlb edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, yeni istehsal olunan ilk daşıyıcı raketi CERES-1 ilə kosmosa 8 peyk göndərilib.
"Sinxua" agentliyi yazıb ki, Yünyao-1 peykləri 55, 56, 57, 58, 59 və 60 və AIRSAT 06 və 07 peykləri ölkənin şimal-qərbindəki Ciuçüen Peyk Mərkəzindən buraxılıb: "Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə uğurla yerləşiblər. Bununla da CERES-1 raketi ilə 17-ci uğurlu faydalı missiya rəsmiləşib".
Samir Musayev
mia.az