EN

ABŞ İranın ən yeni kəşfiyyat gəmisini batırdı

ABŞ Qırmızı dənizdə İranın ən yeni kəşfiyyat gəmisi olan "Zaqros"u batırıb.
 
Bu barədə Səudiyyə Ərəbistanının "Al-Hadat" telekanalı məlumat verib.
 
İran hələlik bu məlumatı təsdiqləməyib.
 
Məlumata görə, "Zaqros" gəmisi cəmi iki ay əvvəl döyüş növbətçiliyinə başlayıb.
 
"Radioelektron kəşfiyyat gəmisi İran donanmasının dənizlərdə və okeanlarda gözətçi gözü olacaq", - deyə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şahram İrani o zaman bildirmişdi.
 
Xatırladaq ki, martın 17-də ABŞ Prezidenti Donald Tramp İranın husilərin əməllərinə görə cavab verəcəyini demişdi.
 
"Husilərin atdığı hər bir atəş indi İran silahından atılan güllə kimi qiymətləndiriləcək. İran üçün nəticələri ağır olacaq", - deyə o qeyd edib. /Oxu.az/
 
Chosen
40
4
moderator.az

5Sources