Baku TV Qubanın Yeni Güləzi kəndindən reportaj hazırlayıb.
Reportajda kənddə yaşayan və özünəməxsus adət-ənənələrini qoruyub-saxlayan tatların Novruz bayramı coşqusu diqqətə çatdırılıb.
Sakinlər deyirlər ki, Novruzla bağlı hər bir inancın rəmzi mənası var.
"Novruz bayramında nənələrimiz buğdanı yuyub qurutduqdan sonra dəyirman daşında üyüdüb, ondan yeməklər bişirərdilər. Hərəyə bir şam yandırmağımızın səbəbi isə günümüzün işıqlı, ruzimizin bol olmasına inancı təmsil edir. Hər evdə səməni olar. Qız-gəlin təzə paltar geyinib bəzənər", - deyə sakinlər söyləyiblər.
Ətraflı süjetdə: