Almaniya hökuməti xarici işlər naziri Annalena Berboku BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi təqdim edəcək.
APA xəbər verir ki, bu barədə DPA məlumat yayıb.
Məlumata hazırki xarici işlər naziri Annalena Berbok federal hökuməti tərk etdikdən sonra Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatında yüksək vəzifə alacaq.
Qeyd edilib ki, federal hökumət Berboku BMT Baş Assambleyasının 2025/26-cı illər sessiyasında prezidentliyə Almaniya namizədi kimi göstərmək istəyir.