EN

Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir

Ukrayna öz müttəfiqlərindən ölkə ərazisinə sülhməramlılar göndərməyi xahiş etsə, Rusiya tərəfinin rəyi nəzərə alınmayacaq.

Fransa Prezidenti Emmanuel Makron Almaniya ilə sərhəddə "Rafale" qırıcı təyyarələrinin yerləşdirilməsi barədə danışaraq nüvə silahı məsələsini manipulyasiya edir.

Operativ Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bu adam nüvə silahı məsələsini manipulyasiya edir və açıq-aydın ondan öz aqressiv məqsədləri üçün istifadə edir”, - deyə o bildirib.

Bundan əlavə, martın 15-də Makron bəyan edib ki, Avropa Rusiyanın razılığı olmadan Ukraynada hərbi kontingent yerləşdirə bilər.

O vurğulayıb ki, Ukrayna öz müttəfiqlərindən ölkə ərazisinə sülhməramlılar göndərməyi xahiş etsə, Rusiya tərəfinin rəyi nəzərə alınmayacaq.

1Sources