Azərbaycan Basketbol Liqasının 19-cu turunda "Abşeron" "Naxçıvan"a qalib gəlib.


Rekord.az xəbər verir ki, A qrupunun oyununda Erhan Tokerin rəhbərlik etdiyi kollektiv 60:58 hesablı qələbəyə sevinib.


Turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı 112:103, “Ordu” isə “Lənkəran”ı 87:65 hesabı ilə məğlub edib.