EN

ABŞ Qəzzada döyüşlərin yenidən başlamasında HƏMAS-ı ittiham edib

Bakı, TurkicWorld

ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi, Qəzza zolağında döyüşlərin yenidən başlamasına görə məsuliyyətin tamamilə HƏMAS-ın üzərinə düşdüyünü iddia edib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, o, HƏMAS-ın atəşkəsin uzadılmasından imtina etdiyini bildirib.

"Döyüşlərin bərpasına görə məsuliyyət tamamilə HƏMAS-ın üzərinə düşür. Bu amansız terror təşkilatı son həftələr ərzində ona təklif edilən hər bir variantı ardıcıl şəkildə rədd edib", – deyə Şi BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqlə bağlı iclasında çıxış edərkən qeyd edib.

Qeyd edək ki, bugün İsrail Ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə kütləvi hava zərbələri endirib. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bu hücumların, vasitəçilərin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun apardığı danışıqlarda irəli sürülən təkliflərin HƏMAS tərəfindən rədd edilməsi ilə əlaqədar olduğunu bildirib.

Qəzza zolağının Səhiyyə Nazirliyinin son məlumatlarına görə, bu hücumlar nəticəsində həlak olanların sayı 400 nəfəri ötüb, yaralananların sayı isə ən azı 562 nəfər təşkil edib.

Chosen
20
turkic.world

1Sources