"Çelsi"nin ulduzu İngiltərə millisinin heyətindən çıxarılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb Kol Palmerin ötən həftə klubda məşq zamanı aldığı zədə olub.
Daha dəqiq dəyərləndirmədən sonra futbolçunun zədəsinin nisbətən ciddi olduğu müəyyənləşib. Nəticədə Palmer İngiltərə yığmasının qarşıdakı oyunlarından kənar qalıb.