EN

Kökəldiyini zənn etdi - Amma həqiqəti öyrəndikdə şok oldu

Malatyada yaşayan Semra Akgeyik qarın ağrısı ilə xəstəxanaya müraciət edib. Müayinələr zamanı uşaqlıq yolundan başlayaraq döşün altına uzanan təxminən 40 santimetr diametrdə böyük kütlə aşkar edilib. Malatya Turqut Özal Universiteti Qadın Xəstəlikləri və Doğum kafedrasının dosenti Dr. Engin Yıldırımın rəhbərliyi ilə 3 saatlıq uğurlu əməliyyatla 7 kiloqramlıq kütlə çıxarılıb və xəstə sağlamlığına qovuşub.

Dos. Dr. Engin Yıldırım açıqlamasında xəstənin şikayətlərinin əvvəlində nəfəs darlığı və ciddi qarında şişlik olduğunu ifadə edib: "Xəstəmizdə çox böyük və sürətlə böyüyən bir kütlə var idi. Müayinələrdən sonra bu şişkinlik və kütlənin bir an əvvəl alınması lazım olduğunu gördük. 7 kiloqramlıq kütləni müvəffəqiyyətlə çıxardıq və xəstəmizin əməliyyatı ilə müsbət nəticə aldıq".

Semra Akgeyik səhhətinin yaxşı olduğunu, əməliyyatdan sonra özünü rahat hiss etdiyini bildirib. "Əvvəlcə şişkinliyin kökəlmə olduğunu düşündüm, ağrım yoxdu. Ancaq sonradan ağrılarım artıb, qarnım genişlənməyə başladığı üçün xəstəxanaya getdim. Analizlərdən sonra kütlə aşkarlandı və dərhal çıxarılmasına ehtiyac olduğu qərara alındı. Hazırda səhhətim çox yaxşıdır, çox böyük bir əməliyyat keçirdim və çox şadam ki, sağ-salamat oldum".

Dos. Dr. Yıldırım bu cür kütlələrin diqqətdən kənarda qalmaması lazım olduğunu vurğulayaraq, vətəndaşları mütəmadi olaraq sağlamlıq müayinəsindən keçməyə təşviq edib. "Kütlələr çox vaxt qaz, bağırsaq hərəkətləri və ya sidik problemi kimi səhv başa düşülə bilər. Erkən diaqnoz və müdaxilə böyük əhəmiyyət kəsb edir. Xəstəxanamız 7/24 bütün vətəndaşlara açıqdır və sağlamlıq xidmətlərini davam etdirir".
Chosen
12
sherg.az

1Sources