EN

Almaniya Berbokun namizədliyi ilə bağlı BMT ilə əlaqə saxlamayıb

Almaniya Berbokun namizədliyi ilə bağlı BMT ilə əlaqə saxlamayıb

BMT Baş Assambleyası Almaniyanın xarici işlər naziri Annalena Berbokun sədr postuna mümkün namizədliyi ilə bağlı Almaniya hakimiyyət orqanlarından heç bir məlumat almayıb. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 79-cu sessiyası sədrinin rəsmi nümayəndəsi Şeron Birç məlumat verib."Biz Almaniya xarici işlər nazirinin Baş Assambleyanın növbəti sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı mətbuatda gedən xəbərləri oxumuşuq, lakin Almaniya hökumətindən heç bir rəsmi bildiriş almamışıq", - deyə o, bildirib. Birç qeyd edib ki, hazırda Almaniyanın növbəti sədrliyə namizədi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Helqa Şmiddir.Qeyd edək ki, DPA agentliyi Almaniya hökumətindəki mənbələrə istinadən xəbər verib ki, Almaniya Nazirlər Kabineti Berbokun 2025-2026-cı illər üçün BMT Baş Assambleyasının sədri vəzifəsinə namizəd kimi irəli sürülməsini planlaşdırır.

Chosen
6
afn.az

1Sources