EN

Zaxarova: "Makron nüvə silahı ilə manipulyasiya edir"

Fransa Prezidenti Emmanuel Makron Almaniya ilə sərhəddə "Rafale" qırıcı təyyarələrinin yerləşdirilməsi barədə danışaraq nüvə silahı məsələsini manipulyasiya edir.

Milli.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Bu adam nüvə silahı məsələsini manipulyasiya edir və açıq-aydın ondan öz aqressiv məqsədləri üçün istifadə edir", - deyə o söyləyib.

Bundan əvvəl Makron nüvə başlıqlarına malik "Rafale" qırıcılarının Almaniya ilə sərhəddəki Lükseuil-en-Bainsdəki Fransa aviabazasında yerləşdiriləcəyini açıqlamışdı.

Fransa Senatının Xarici İşlər, Müdafiə və Silahlı Qüvvələr Komitəsinin məlumatına görə, ilk "Rafale" hərbi bazaya hələ 2032-ci ildə gələcək və 2033-cü ildə onlar birinci eskadronun tərkibində uça biləcəklər.

Bundan əlavə, martın 15-də Makron bəyan edib ki, Avropa Rusiyanın razılığı olmadan Ukraynada hərbi kontingent yerləşdirə bilər. O vurğulayıb ki, Ukrayna öz müttəfiqlərindən ölkə ərazisinə sülhməramlılar göndərməyi xahiş etsə, Rusiya tərəfinin rəyi nəzərə alınmayacaq. (Teleqraf)

Milli.Az

Chosen
5
1
milli.az

2Sources