Ukraynada atəşkəsin təfərrüatları bazar günü Ciddədə müzakirə olunacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff “Fox News” telekanalına bildirib.
“Əlbəttə, bəzi təfərrüatları işləməliyik, müzakirələr bazar günü Ciddədə başlayacaq”, – Uitkoff söyləyib.
ABŞ prezidentinin xüsusi elçisi qeyd edib ki, Amerika tərəfini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və dövlət katibi Marko Rubio təmsil edəcəklər.