EN

Goranboyda şəhid övladları üçün bayram tədbiri keçirildi - FOTOLAR

Goranboy Rayon İcra Hakimiyyəti, dövlət qulluqçuları, İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitələrinin birgə təşkilatçılığı ilə Goranboy Rayon Olimpiya İdman Kompleksində Novruz və Ramazan bayramları münasibətilə şəhid övladları ilə bayram tədbiri keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə iştirak edən icra başçısı Məhərrəm Quliyev şəhid övladlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlarla səmimi vaxt keçirib. Tədbirdə şəhid övladlarına bayram hədiyyələri təqdim edilib, musiqili, əyləncəli bədii proqram nümayiş etdirilib. 

Chosen
9
unikal.az

1Sources