EN

İsrail Qəzzanı vurdu: xeyli sayda ölən və yaralananlar var

İsrailin Qəzza zolağına yeni aviazərbələri nəticəsində ölənlərin sayı 14-ə çatıb.

Editor.az bildirir ki, bu barədə “Əl-Cəzirə” xəbər verir. Onlarla insan yaralanıb. Telekanalın məlumatına görə, İsrail səhər tezdən anklavın cənubundakı Rəfah və Xan Yunisə silsilə zərbələr endirib. Atışma nəticəsində Qəzza şəhərində yaşayış binası dağılıb. Sakinlər arasında ölən və yaralananlar var. Fələstin Səhiyyə Nazirliyinin ümumi hesablamalarına görə, Qəzza zolağında münaqişənin gərginləşməsinin yeni mərhələsi başlayandan bəri 400-dən çox dinc sakin həlak olub,

500-dən çox insan isə yaralanıb.
Fələstinin HƏMAS hərəkatı ilə iki aylıq barışıqdan sonra martın 18-nə keçən gecə İsrail Fələstin anklavında hərbi əməliyyatları bərpa edib. İsrail rəsmiləri zərbələrin hədəfi kimi HƏMAS komandirlərini müəyyən edib. BMT İsrailin hava hücumlarını qəbuledilməz adlandırıb.

//Samir Qurbanov, Editor.az

Chosen
5
editor.az

1Sources