EN

“Neftçi”yə çempionluq qazandıran prezident ailəsində XOŞ GÜN!

«Neftçi»nin sabiq prezidenti Kamran Quliyevin ailəsində xoş gün yaşanıb.

Paytaxt klubunun keçmiş başqanı qızına toy edib.

Məclis Bakının ən prestijli şadlıq saraylarından birində qurulub.

500 qonağın dəvətli olduğu büsatda ölkənin tanınmış müğənniləri səhnə alıb. Vaxtilə «Neftçi»də çalışmış bəzi funksionerlər də toyun iştirakçıları sırasında yer alıb.

Kamran Quliyev 2028-ci ilin əvvəlindən 2023-cü ilin iyulun 24-dək «ağ-qaralar»a rəhbərlik eləyib.

“Neftçi” onun dövründə ölkə çempionatlarında 1 qızıl, 3 gümüş, 2 bürünc medal qazanıb.

SPORTİNFO.AZ

Chosen
15
9
sportinfo.az

10Sources