EN

Martın 29-da Arkadağ şəhərində uşaqlara həsr olunmuş beynəlxalq forum keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Martın 29-da Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı olan Uşaqlara Yardım Xeyriyyə Fondunun təşkilatçılığı ilə Türkmənistanın Arkadağ şəhərində “Sülh və Etimad İli: Uşaqlar naminə beynəlxalq fəaliyyətin inkişafı” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Hafta.az-ın yazdığına görə, xeyriyyə fondunun fəaliyyətinin dördüncü ildönümünə həsr olunmuş tədbir Beynəlxalq Sülh və Etimad İli çərçivəsində reallaşacaq.

Türkmənistanda uşaqların hərtərəfli fiziki və əqli inkişafı üçün ən əlverişli şəraitin yaradılması, tibbi, sosial və digər yardımların göstərilməsi, gənc Türkmənistan vətəndaşlarının dəstəklənməsi istiqamətində çox böyük işlər görülür. Beynəlxalq forum uşaqlar naminə beynəlxalq səylərin birləşdirilməsi platformasına çevriləcək.

Qeyd edək ki, artıq bir sıra ölkələrin yüksək səviyyəli nümayəndə heyətləri forumda iştirak edəcəklərini bildiriblər.

Chosen
2
hafta.az

1Sources