EN

Almaniya parlamenti hərbi xərclərə qoyulan məhdudiyyətlərin yumşaldılmasını dəstəkləyib

Bundestaqın (Almaniya parlamenti) deputatları müdafiə xərclərini artırmaq və infrastruktura sərmayə fondu yaratmaq məqsədilə dövlət borcuna qoyulan məhdudiyyətlərin yumşaldılmasını nəzərdə tutan qanun layihəsinə səs veriblər.

Herbiand.az bildirir ki, bu barədə “Die Welt” nəşri xəbər verib.

“Qanun layihəsi lazımi səs çoxluğu ilə qəbul edilib”, - Bundestaqın sədri Berbel Bas deyib.

Parlament üzvlərindən 513 nəfər lehinə, 207 nəfər əleyhinə səs verib, bitərəf qalan olmayıb.

“Borc əyləci” Almaniyada dövlət borcuna nəzarət etmək üçün müəyyən edilmiş borclanma üçün konstitusiya limitidir. O, 2009-cu ildə maliyyə böhranından sonra Angela Merkelin rəhbərliyi altında təqdim edilib. Buna əsasən, federal hökumətin struktur büdcə kəsiri ildə ÜDM-in 0,35%-dən çox olmamalıdır.

Bəxtiyar CƏFƏRLİ

Chosen
9
herbiand.az

1Sources