EN

İmamoğlu kimdir: Ərdoğanın əsas rəqibini zirvəyə və həbsə aparan ÖMÜR YOLU

Xəbər verdiyimiz kimi, İstanbul Baş Prokurorluğu aralarında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun da olduğu 105 nəfərə qarşı genişmiqyaslı əməliyyat keçirib. Aralarında İmamoğlunun da olduğu 100-dən çox adamın saxlanıləb, evlərində axtarış aparılıb.

Turkustan.az Bakupost.az-a istinadən İstanbul merinin dosyesini oxucularına təqdim edir:

Əkrəm İmamoğlu 1970-ci ildə Trabzon şəhərinin qərbindəki Ağcaabadda mühafizəkar-sağ yönümlü ailədə doğulub. İstanbul Universitetinin biznes fakültəsini bitirib.

Bakupost.azMəzun olduqdan sonra inşaat sahəsində ailə biznesinə qoşulub. 1995-ci ildə Dilək Qaya ilə evlənən İmamaoğlunun üç övladı var.

Turgut Özalın qurduğu Ana Vətən Partiyasının (ANAP) Trabzon şöbəsinin qurucularından biri də İmamoğlunun atası Həsən İmamoğlu olub. Əkrəm İmamoğlu siyasətə bu partiyanın üzvü olaraq qatılıb.

Bakupost.az

Mühafizəkar ailədə böyüməsinə baxmayaraq, özünün dediyinə görə, o, "universitet illərində demokratik dəyərləri mənimsəyib".

2008-ci ildə siyasətlə aktiv şəkildə məşğul olmaq qərarına gələn İmamoğlu CHP-yə üzv olub. 2009-cu il seçkilərində bu partiyanın Bəylikdüzü bələdiyyə başqanlığına namizədliyini irəli sürüb. Namizəd seçilməsə də, bir neçə ay sonra partiyanın qəsəbə sədrliyinə seçilib. CHP-nin namizədi kimi qatıldığı 2014-cü il seçkilərində AKP-nin namizədinə qalib gələrək Bəylikdüzü bələdiyyəsinin sədri seçilib.

Bakupost.az

O, 2019 İstanbul bələdiyyə seçkilərində ölkənin ən böyük müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının namizədi kimi seçilib. Bu qələbənin ardınca İmamoğlu Türkiyə siyasətində parlayan ulduz adlandırıldı və 2023 Türkiyə prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın potensial rəqiblərindən biri hesab edilirdi.

İmamaoğlu 5 iyun 2024-cü il tarixindən etibarən Türkiyə Bələdiyyələr Birliyinin sədridir. 2025-ci ildə diplomu ləğv edilib.

Chosen
1
50
turkustan.az

10Sources