EN

Bütün sosial ödənişlər yekunlaşıb

Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayının bütün sosial ödənişləri qrafikdən əvvəl ödənilməklə yekunlaşdırılıb.

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bu gün bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları, eləcə də müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımların ödənişi tam başa çatdırılıb. Bundan əvvəl isə martın 7-də Bakı, Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda yaşayan pensiyaçıların pensiyaları ödənilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi qrafikdən əvvəl yekunlaşdırılıb.

Chosen
5
44
hafta.az

10Sources