EN

Ağdərənin Suqovuşan kəndində məscid fəaliyyətə başlayıb

Ağdərə rayonunun Suqovuşan kəndində məscid fəaliyyətə başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, məsciddə eyni vaxtda 100-ə yaxın insan ibadət edə biləcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcmaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib ki, ibadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, həyəti yaşıllaşdırılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.

Qeyd edək ki, işğal dövründə məscidlər də dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi, eyni zamanda, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Chosen
36
10
apa.az

10Sources