EN

Türkiyədən Türkmənistana kimyəvi maddə ixracı azalıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin fevral ayında Türkmənistana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalaraq 10 milyon 699 min 94 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – fevral aylarında Türkiyədən Türkmənistana kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq,21 milyon 361 min 50 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına kimyəvi maddə ixracı 2024-cü ilin eyni ayı ilə müqayisədə 18,9 faiz artaraq, 126 milyon 328 min 25 dollara bərabər olub.

“Bu ilin fevral ayında Türkiyə 2 milyon 495 min 6 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin fevral ayı ilə müqayisədə 4,7 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (fevral 2024 – fevral 2025) Türkiyə 30 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib.

Chosen
19
44
turkic.world

10Sources