EN

Antonio Kosta: “Ukraynaya dəstək davam etməlidir”

Avropa Şurasının rəhbəri Antonio Kosta Avropa ölkələrini Rusiyanın yaratdığı təhlükəni qiymətləndirməməyə çağırıb.

Onun sözlərinə görə, bu, qitənin bütün ölkələrinə aiddir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Almaniyanın “N-TV” telekanalı məlumat yayıb.

“Əlbəttə, Rusiyanın qonşuluğunda olan ölkələr Rusiyadan daha çox narahatdırlar, bu, göz qabağındadır. Ancaq qarşılaşdığımız təhlükə hamımıza təsir edir”, - Kosta belə deyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən Avropa Ukraynanı dəstəkləməkdə davam edir. 

Kosta bildirib ki, Ukraynanın müdafiəsi Avropanın təhlükəsizlik maraqlarına xidmət edir.

Bu yaxınlarda Çexiyanın Baş naziri Petr Fiala hətta atəşkəs olsa belə, Rusiyanın Ukraynada dayanmaq niyyətində olmadığını və bir neçə ildən sonra yeni münaqişəyə başlamaq istəyəcəyini bildirib.

Onun fikrincə, Avropa “yaşıl” siyasətdən əl çəkməli və müharibəyə hazırlaşmalıdır.

Baş nazir qeyd edib ki, qitənin təhlükəsizliyini əldən vermək olmaz və Avropa “yaşıl” siyasətdən imtina bahasına olsa belə, mümkün münaqişəyə hazırlaşmalıdır.

Chosen
2
1
cebheinfo.az

2Sources