EN

İranda İlaxır Çərşənbə mərasimlərində 15 nəfər ölüb, 2 min 466 nəfər xəsarət alıb

İranda İlaxır Çərşənbə ilə bağlı keçirilən mərasimlərdə 15 nəfər ölüb, 2 min 466 nəfər xəsarət alıb.

7News.Az İSNA-ya istinadən xəbər verir ki, bunu Tehranın yanğından müdafiə və təhlükəsizlik xidmətinin nümayəndəsi Cəfər Midfər bildirib.

Məlumata görə, xəsarət alanlardan 13-ü amputasiya əməliyyatına cəlb olunub, 160 hadisə isə gözün zədələnməsi ilə nəticələnib.

Bildirilib ki, dörd təcili tibbi yardım maşını ciddi zədələnərək istifadəyə yarasız hala düşüb.

Hadisələr əsasən mərkəzi Urmiya şəhəri olan Qərbi Azərbaycan, mərkəzi Təbriz olan Şərqi Azərbaycan və Tehran əyalətlərində qeydə alınıb.
 
 

Chosen
23
1
7news.az

2Sources